Bu gün Qusar Olimpiya İdman Kompleksində şəhidlərin xatirəsinə həsr edilmiş fudokan üzrə açıq respublika turniri start götürəcək. Bu barədə ShimalNews 22 iyul tarixində Azərtac-a istinadən məlumat verir.

Yarışda Xaçmaz, Qusar, Bakı, Sumqayıt, Gəncə, Qubadlı və digər şəhər və rayonlardan olan uşaq, yeniyetmə və gənclər iştirak edəcəklər. İki gün davam edəcək turnirdə 200-ə yaxın idmançı gücünü sınayacaq.

Tədbir Dünya Fudokan Federasiyasının Azərbaycan Respublikasındakı rəsmi və səlahiyyətli nümayəndəliyi, Qusar Rayon Gənclər və İdman İdarəsi, Dövlət Turizm Agentliyi və Şahdağ Turizm Mərkəzinin birgə dəstəyi ilə keçiriləcək.