Energetika naziri Pərviz Şahbazov Qubada vətəndaşları qəbul edib. Bu barədə ShimalNews 22 iyul tarixində rayon İH-yə istinadən məlumat verir.
Görüşdən öncə Pərviz Şahbazov və icra başçısı Ziyəddin Əliyev Heydər Əliyevin abidəsinin qarşısına gül dəstələri qoyublar. Qəbul Heydər Əliyev Mərkəzində baş tutub. Burada Quba və Qusar rayonlarından olan sakinlər iştirak ediblər.
Daha öncə qəbulun keçiriləcəyi haqda məlumat vermişdik.