Xaçmaz Tarix-Diyarşünaslıq muzeyində eksponatların sayı artırılıb. Bu barədə ShimalNews 20 iyul tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinə istinadən məlumat verir.
Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidmətinin rayon üzrə əməkdaşları tərəfindən tarixi yerlərə və abidələrə baxış zamanı aşkarlanan bir sıra arxeoloji materiallar muzeyə təhvil verilib. Həmin əşyalar arasında Xudat şəhəri, N.Gəncəvi adına parkda təsadüfən tapılmış orta ölçülü, təxminən IX əsrə aid olan küpdə vardır. Tapıntı yenidənqurma işləri ilə bağlı aparılan qazıntılar zamanı aşkarlanıb.