Şair Nurəddin Şərifov 1883-cü ildə Qusar rayonunun Gündüzqala kəndində anadan olub. O, xalq arasında “Nurəddin baba” adı ilə tanınıb.

Nurəddin ilk təhsilini atasının məktəbində alıb. O, burada Azərbaycan, ərəb, fars, türk, rus dillərini öyrənmişdi. Daha sonra Nurəddin Bakının neft mədənlərində çalışıb. Bir müddət Xaçmazda, Yalamada balıq vətəgəsində işləyib. Lakin Nurəddin buradakı ağır şəraiti və haqsızlıqları görüb iş yoldaşları ilə birgə qiyam qaldırır və bu zaman baş verən atışmada ağır yaralanır.

O, 1920-ci ildə ilk dəfə bir neçə müəlliflə birgə yeni ləzgi əlifbasını tərtib edərək çap etdirir. Şərifovun “İlk addımlar” adlı birinci kitabı isə 1929-cu ildə çap olunmuşdur. Onun əsərləri 1930-cu illərdə məktəb dərsliklərinə salınmışdı.

Nurəddin Şərifov 1932-ci ildə Qusar rayonunda, Azərbaycanda ilk ləzgi dilində nəşr olunan indiki “Qusar” adlı qəzetin (keçmişdə “Sosializm tempi” və “Qızıl Qusar”) ilk redaktoru kimi fəaliyyətə başlayır.

Şairin “Ziyarətgah-Düşmən” şeiri Səfəvilərin Qafqaza hücumu və ləzgilərin Səfəvi başçısı Şeyx Cüneydə qarşı çıxmasına həsr olunur. Şərifovun “Müqəddəslər” şeiri sovet rejiminin quldurluğa qarşı mübarizəsini əks etdirir.

Nurəddin Şərifovun şeirləri 1960-сı illərdə Zabit Rizvanovun təşəbbüsü ilə “Чигедин стIал” (Şeh damlası) adlı kitabda nəşr edilmişdir. Nurəddinin arxivində çap olunmamış 200-ə yaxın şeiri və 4 poeması var.

Nurəddin Şərifov 1952-ci ildə vəfat edib.

Qusarın küçələrindən biri şairin adını daşıyır.

İstinad edilən mənbələr: