Nabranda kütləvi qida zəhərlənməsi qeydə alınıb. Bu barədə ShimalNews 20 iyul tarixində Apa-ya istinadən məlumat verir.

Hadisə “Məkan” istirahət mərkəzində baş verib. Təcili tibbi yardım vasitəsilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına saat 05:30 radələrində 5 nəfər (3-ü uşaq, 2-si yeniyetmə olmaqla) çatdırılıb. Zərərçəkmişlərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Saat 11:20 radələrində isə daha 5 nəfər (2-si yeniyetmə olmaqla) eyni diaqnozla xəstəxanaya yerləşdirilib. Hazırda onlara zəruri tibbi xidmət göstərilir.