Məscid Xaçmaz rayonunun Qaraqurdlu kəndində yerləşir. İbadət evi, həmçinin Şah Abbas məscid-mədrəsəsi kimi də tanınır. İbadətgahın inşa tarixi XIV-XVI əsrlərə aiddir.
İbadət evi düzbucaqlı formadadır və kərpiclə tikilib. Bu məscid ibadətgah olmaqla yanaşı, həm də mədrəsə kimi fəaliyyət göstərib. Bunu buradakı otaqlar və xırda hücrələrin olması göstərir.
İbadət evinin damının üstündə bir böyük və səkkiz kiçik günbəz var. Günbəz kərpicdəndir. Məscidin ön tərəfində sonralar geniş eyvan inşa olunub. İbadətgahın tavanı yeddi tağdan ibarətdir və iki böyük sütun üzərində dayanıb.
Burada 1993-cü ildə təmir-bərpa işləri aparılıb.
Hazırda məscid baxımsız vəziyyətdədir.

İstinad edilən mənbələr:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
- Nizami Xudiyev. Xaçmaz: görüşlər, düşüncələr. Bakı 2014.
- https://aqreqator.az/ru/medeniyyet/957658
- https://rublika.az/index.php?newsid=67458
- http://xachmaz-ih.gov.az/az/page/10.html