Quba rayonunda yunan-Roma güləşi üzrə nümunəvi çıxışlar keçirilib. Bu barədə ShimalNews 18 iyul tarixində rayon Gənclər İdman İdarəsinə istinadən məlumat verir.
Yeniyetmələr və gənclər arasında “İdman hamı üçün” devizi ilə təşkil olunan tədbir Nizami adına mədəniyyət və istirahət parkında baş tutub.
Bu cür tədbirin təşkilində məqsəd idmanın geniş kütlə arasında təbliği, sağlam həyat tərzinə çağırış, asudə vaxtının səmərəli təşkilidir.