Xaçmazda KOB evinin sahibkarlara göstərdiyi xidmətlərin sayı məlum olub. Bu barədə ShimalNews 15 iyul tarixində Kiçik və Orta Biznesin (KOB) İnkişafı Agentliyinə istinadən məlumat verir.
2022-ci ilin birinci yarımilliyində Xaçmaz KOB evi tərəfindən sahibkarlara 12.347 xidmət göstərilib. Onların çoxu dövlət-biznes (“G2B”), az hissəsi isə biznes-biznes (“B2B”) xidmətləridir.
Sahibkarlar tərəfindən KOB evinə edilən müraciətlərin əksəriyyəti vergi məsələləri, mənşə sertifikatının verilməsi və kommunal xidmətlərlə bağlı olub. Xidmətlərdən məmnunluq göstəricisi 98% təşkil edib.
KOB evlərinin əsas üstünlüyü sahibkarların biznes xidmətlərini vahid məkanda almasıdır. Bununla vaxta və əməliyyat xərclərinə qənaət etmək mümkün olur.