Xaçmazda 1-ci Qarabağ müharibəsi şəhidlərinin məzarları ziyarət olunub. Bu barədə ShimalNews 13 iyul tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinə istinadən məlumat verir.
Qalağan və Hacılar kənd kitabxana filiallarının və Qalağan kənd diyarşünaslıq klubunun əməkdaşları Abduləli Bayramov və Nazim Mirzəyevin məzarlarını ziyarət ediblər.
Şəhidlərin xatirəsi yad edilib və gül qoyulma mərasimi keçirilib.
