Qubalı idmançı ciu-citsu döyüş idman növü üzrə yarışda uğur qazanıb. Bu barədə ShimalNews 12 iyul tarixində məlumat verir.
Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin keçirdiyi birincilikdə Ömər Paşayev 2 medal qazanıb.
Beləliklə “NO Gİ” versiyasında qızıl, “Gİ” versiyasında isə gümüş medal sahibi olan Ömər yarışdan söz açıb:
“Çempionatdan öncə tərəziyə qalxanda rəqibim mənə “Səninlə yarışda görüşərik” və s. sözlər dedi. Elə də oldu, finalda onunla ağır və aqressiv döyüş baş tutdu. Gərgin mübarizədən sonra 1-ci yeri tutdum”.
Paşayev onu da əlavə edib ki, 2 ildir Vaqif İsmayılovun tələbəsidir. Lakin hazırda Bakıda məşq edir.