Qubalı idmançılar paytaxtda keçirilən döyüş idman növü üzrə yarışda uğur qazanıblar. Bu barədə ShimalNews 11 iyul tarixində məlumat verir.
Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyi klublar və filiallar arasında birincilik təşkil ediblər. Nəticədə məşqçi Vaqif İsmayılovun rəhbərliyi ilə çıxış edən idmançılar medallara sahib olublar.
Belə ki, Natiq Babayev (67 kq) 2-ci yerə, Şahnur Mehdiyev (73 kq) 2 kateqoriyada 1-ci yerə, Nurlan Əlimmmədov (51 kq) isə 2 kateqoriyada 1-ci yerə layiq görülüblər.