Samur-Abşeron kanalının Quba ərazisindən keçən hissəsində bədbəxt hadisə baş verib. Bu barədə ShimalNews 9 iyul tarixində Apa-ya istinadən məlumat verir.
Məlumata görə, hadisə rayonun Paşaoba kəndi ərazisində qeydə alınıb. 18 yaşlı kənd sakini Hicran Dadaşov su kanalında boğulub. Onun meyiti sudan çıxarılıb.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.