Qubada energetika naziri Pərviz Şahbazov vətəndaşları qəbul edəcək. Bu barədə ShimalNews 9 iyul tarixində məlumat verir.
Görüş iyulun 22-si, saat 10:00-da, Quba şəhəri, Heydər Əliyev adına mədəniyyət və istirahət parkında baş tutacaq. Burada Quba və Qusar rayonlarından olan vətəndaşlar iştirak edə bilər.
Tədbirə qatılmaq istəyənlər qeydiyyatdan keçməlidir. Bunun üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, (012) 598-16-55 “Qaynar Xətt”inə və (012) 598-16-53/54 (daxili 1145, 1146, 1147) nömrəsinə müraciət etmək olar. Həmçinin www.minenergy.gov.az internet səhifəsində “Qəbula yazılmaq“ bölməsi və Nazirliyin facebook səhifəsi vasitəsilə qəbula yazılmaq olar.