Xaçmaz rayonunda “futbol hamı üçün” nümunəvi çıxışları keçirilib. Bu barədə ShimalNews 5 iyul tarixində rayon Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.

Olimpiya İdman kompleksinin ərazisində baş tutan tədbirdə müxtəlif yaş kateqoriyalarında olan gənclər iştirak edib. İştirakçılar proqrama qoşularaq futbol məşqçilərinin rəhbərliyi altında isinmə, idman hərəkətlərini yerinə yetiriblər.

Əyləncəli idman tədbirinin təşkilində məqsəd əhali arasında futbol idman növünün təbliği, idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli təşkilidir.