Quba-Xaçmaz yolunda yerləşən yeni körpüdə sürücülər üçün təhlükə yaradan hal davam edir. Bu barədə ShimalNews 5 iyul tarixində məlumat verir.

Adıçəkilən ərazidə quraşdırılan beton arakəsmələr dəfələrlə qəzalara səbəb olub. Bir neçə gün öncə, təhlükəsizliyin təmin olunması üçün nişanların qoyulmadığı haqda məlumat vermişdik.

“Deməli 2 gün bundan əvvəl, “Opel” markalı avtomobilin sürücüsü gecə vaxtı arakəsməni görməyib, gəlib girib bura, yenə qəza baş verib. Ondan sonra körpünün üstündəki beton arakəsmələrin hər iki tərəfinə bu lenti yapışdırıblar”, – deyə sürücülərdən biri bildirib.

Əraziyə baxış keçirildikdə, məlum olub ki, arakəsməyə 3 xəttdən ibarət qırmızı lent yapışdırılıb.

Daha öncə, Quba-Xaçmaz yolundakı yeni körpünün qəzalara səbəb olması barədə məlumat vermişdik.

Photo Shimal.News
Photo Shimal.News