Quba şəhərində “İdman hamı üçün” devizi altında sambo idman növü üzrə nümunəvi çıxışlar keçirilib. Bu barədə ShimalNews 4 iyul tarixində rayon Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Tədbir Heydər Əliyev adına mədəniyyət və istirahət parkında baş tutub. Çıxış edən rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nohbalayev tədbirin məqsədini iştirakçıların diqqətinə çatdırıb və onlara uğurlar arzulayıb.
Layihə yeniyetmələr və gənclər arasında idmanın kütləviliyini artırmaq məqsədilə təşkil olunub.