Qusar rayonunda polisə müqavimət göstərən şəxs cəzalandırılıb. Bu barədə ShimalNews 1 iyul tarixində Bizim.Media-ya istinadən məlumat verir.

Məlumata görə, hadisə rayonun Yasab kəndində baş verib. 36 yaşlı kənd sakini Zaur Xalidov araşdırılan materialla əlaqədar Həzrə polis bölməsinə dəvət edilmişdir. Ondan sərxoşluq müayinəsindən keçməsi tələb olunmuşdur. Bu zaman o, polis əməkdaşları ilə mübahisə edərək nalayiq ifadələr işlətmişdir.

Həmin vaxt polis əməkdaşları Zauru sakit olmağa və intizama dəvət etmişdirlər. Lakin o, hərəkətlərini davam etdirib və polis əməkdaşlarına müqavimət göstərmişdir.

Ona qarşı İnzibati Xətalar Məcəlləsinin “xırda xuliqanlıq” və “polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə” maddələri ilə ittiham irəli sürünüb.

Məhkəmə prosesi Qusar rayon Məhkəməsində hakim Adil Vəliyevin sədrliyi ilə baş tutub. Zaur çıxış edərək bildirib ki, iyunun 24-də yaşadığı kənddə toy şənliyində olub. Orada o, həddindən artıq spirtli içki qəbul edib və sərxoş olub. Daha sonra isə polis bölməsində törətdiyi hadisəni tam xatırlamır.

Zaur Xalidova 200 manat cərimə tətbiq olunub və o, məhkəmə zalından azad edilib.