Qubalı məktəbli Respublika Fənn Olimpiadasında Coğrafiya fənni üzrə birinci yerə sahib olub. Bu barədə ShimalNews-a 1 iyul tarixində izləyicidən məlumat daxil olub.

9-cu siniflər arasında təşkil olunan bilik yarışında Cəlal Muradov ən yüksək nəticə göstərərək qızıl medala layiq görülüb. Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev RFO qaliblərini medal və diplomlarla təltif edib.

Cəlal Quba Fizika, Riyaziyyat və İnformatika Təməyüllü Liseyin şagirdidir.

Photo Shimal.News
Photo Shimal.News