Qubada “Ford Transit” markalı avtomobilin Samur-Abşeron kanalına aşması nəticəsində itkin düşən şəxsin cəsədi tapılıb. Bu barədə ShimalNews-a 1 iyul tarixində məlumat daxil olub.
Gecə saatlarından başlayaraq Samur-Abşeron kanalında axarın qarşısı alınaraq suyun səviyyəsi aşağı salınmışdır. Səhər saatlarından isə kənd camaatı, polis və FHN-in əməkdaşları axtarış əməliyyatlarını həyata keçirməyə başlamışdırlar.
Bu gün saat 08:00 radələrində, 27 yaşlı Rəvan Əmirovun meyiti Xaçmaz rayonunda tapılıb. O, “Yelenovka yolu”nun Hacıəlibəy kəndi ərazisində FHN-in xilasediciləri tərəfindən aşkar olunaraq tibbi ekspertizaya göndərilib.
İyunun 28-i, Qımılqışlaq kəndindən gələn avtomobilin kanala aşması və adıçəkilən şəxsi axar suyun aparması haqqında məlumat vermişdik.
