Qusar Rayon Mərkəzi Xəstaxanasının Cərrahiyyə şöbəsinin müdiri həkim – cərrah Qasım Qəribov təltif olunub. Bu barədə ShimalNews 30 iyun tarixində QMX Publik Hüquqi Şəxsin Facebook səhifəsinə istinadən məlumat verir.

Q.Qəribov TƏBİB-in Tibbi fəaliyyəti dövründə əhaliyə düzgün və peşəkar şəkildə göstərdiyi xidməti fəaliyyətinə görə Fəxri fərmanla təltif olunub.

Qəribov 1992-ci ildə adıçəkilən xəstəxanada həkim – proktoloq kimi fəaliyyət göstərməyə başlamışdır.1994-cü ildə həkim – cərrah, 2008-ci ildə isə Cərrahiyyə şöbəsinin baş həkimi vəzifəsinə təyin olunmuşdur.