Quba şəhər Uşaq Musiqi Məktəbinin şagirdi Respublika Uşaq Muğam Festivalının qala konsertində çıxış edib. Bu barədə ShimalNews 30 iyun tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinə istinadən məlumat verir.
“Şuşa ili” çərçivəsində keçirilən tədbir iyunun 29-da baş tutub. Kənan Nizamov konsertdə festivalın digər 2 mükafatçısı ilə birlikdə “Qarabağ şikəstəsi”ni ifa edib. İfaçıları R.Behbudov adına Dövlət Mahnı Teatrının ansamblı müşayiət edib.