Qubada avtomobil Samur-Abşeron kanalına aşıb, sərnişin itkin düşüb. Bu barədə ShimalNews 28 iyun tarixində Bizim.Media-ya istinadən məlumat verir.
Hadisə gecə saatlarında baş verib. Qımılqışlaq kəndindən gələn “Ford Transit” markalı avtomobil axar suya düşüb. Sürücü, 28 yaşlı Sərxan Əlixanovu xilas edilib. Sərnişin, 27 yaşlı Rəvan Əmirovu isə tapmaq mümkün olmayıb.
Hazırda kanal boyu FHN-in və Quba rayon polis şöbəsinin əməkdaşları axtarışlar aparır.