Xaçmazda istirahət proqramında iştirak edən qazilər arasında keçirilən yarışların qalibləri mükafatlandırılıb. Bu barədə ShimalNews 25 iyun tarixində “Azerbaijan News24”-də istinadən məlumat verir.
Fövqəladə Hallar Nazirliyi (FHN) İşçilərinin Həmkarlar İttifaqının təşkil etdiyi 6 günlük istirahətdə 44 nəfər Vətən müharibəsi qazisi iştirak edib.
Nabran qəsəbəsində yerləşən istirahət mərkəzində dincələcən qazilərinin və veteranlarının günlük istirahətlərinin səmərəli keçirmələri məqsədilə çimərlik futbolu, voleybol, stolüstü tennis, şahmat və dama oyunları üzrə turnirlər təşkil edilərək qaliblər müəyyənləşib. Mükafatlandırma mərasimindən öncə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Qaliblərə qiymətli hədiyyələr təqdim olunub.
Daha öncə qazilər üçün istirahət təşkil olunacağı haqda məlumat vermişdik.