Xaçmaz rayonunda avtomobil qəzası nəticəsində 4 nəfər xəsarət alıb. Bu barədə ShimalNews 24 iyun tarixində məlumat verir.

Hadisə iyunun 23-ü saat 19:30 radələrində baş verib. Xaçmaz-Xudat yolunun Müşkür (Pavlovka) kəndi ərazisində “KİA” və “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə 4 nəfər Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Şahidlər bildirib ki, ağır qəza səbəbindən bu yolda öncə görünməyən tıxac əmələ gəlib.