“Samur” gömrük postunda yük avtomobilində spirtli içkilər aşkarlanıb. Bu barədə ShimalNews 24 iyun tarixində Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir.

Gömrük nəzarəti xəttinə Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Volvo” markalı yük nəqliyyat vasitəsi saxlanılıb. Yoxlama zamanı avtomobilin kabinasında, əşyaları qoymaq üçün nəzərdə tutulan yerlərdə gizlədilən və gömrük nəzarətinə bəyan edilməyən 25 ədəd müxtəlif adda, qablaşdırmada olan spirtli içkilər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.