Quba şəhərində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində piyada dünyasını dəyişib. Bu barədə ShimalNews 24 iyun tarixində Report-a istinadən məlumat verir.
Hadisə iyunun 23-də saat 21:00 radələrində baş verib. Rustov kənd sakini Ə.Əsədov idarə etdiyi “VAZ-21099” markalı avtomobillə yolu keçən şəhər sakini Vəsilə Babayevanı vurub və nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.