“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasının “Qarabağ” gəmisinin böyük mexaniki Polad Səfərəliyev vəfat edib. Bu barədə ShimalNews 20 iyun tarixində təşkilatın Facebook səhifəsinə istinadən məlumat verir.

Polad Səfərəliyev iyunun 16-sı 1969-cu ildə Quba rayonunun Susay kəndində anadan olub. O, 1988-ci ildə “gəmi energetik qurğuları və onların istismarı/gəmi energetik qurğularının istismarı” ixtisası üzrə Bakı Dəniz Yolları Məktəbini bitirib. Ömrünün 33 ilini dənizçilik sahəsinə həsr edən Səfərəliyev əmək fəaliyyətinə 1989-ci ildə Xəzər Dəniz Yolları İdarəsində motorçu kimi başlayıb. 4-cü, 3-cü, 2-ci və baş mexanik vəzifələrindən sonra  2014-cü ildə böyük mexanik vəzifəsinə yüksəlib. 2021-ci ildən ömrünün sonunadək “Qarabağ” gəmisinin böyük mexaniki işləyib.

Şirkətin rəhbərliyi və kollektivi adından Səfərəliyevin vəfatından kədərləndiyini bildirir, yaxınlarına başsağlığı verir.