Xaçmaz rayonunda  kikboksinq idman növü üzrə açıq rayon birinciliyi keçiriləcək. Bu barədə ShimalNews 17 iyun tarixində rayon Gənclər və İdman İdarəsinin Facebook səhifəsinə istinadən məlumat verir.

Vətən Müharibəsi şəhidi Kərəm Veyisovun əziz xatirəsinə həsr olunmuş yarış yeniyetmə və gənclər arasında təşkil olunacaq. Turnir iyunun 19-u saat 11:00-da Olimpiya İdman Kompleksində baş tutacaq.