YAP Quba rayon təşkilatı Dağ Yəhudilərinin Muzeyini ziyarət edib. Bu barədə ShimalNews 17 iyun tarixində tehsilforumu.az-a istinadən məlumat verir.
Ziyarətdə təşkilatın sədri Fidan Hüseynova və əməkdaşları, Qırmızı-Qəsəbə ərazi partiya təşkilatının sədri Telman Muxailov, sədr müavini Fərid Səmədov iştirak ediblər. Muzeyin əməkdaşı Pisax İsakov iştirakçılara muzey haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, burada nümayiş etdirilən müxtəlif kitablar və sənədlər gələcəkdə dağ yəhudilərinin danışıqları, unikal dialektin öyrənilməsinə kömək edəcəkdir.