Xaçmaz KOBİM tərəfindən maarifləndirici təlim keçirilib. Bu barədə ShimalNews 15 iyun tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə istinadən məlumat verir.

Təlim “Maliyyə uçotunun məzmunu və məqsədi” mövzusunda keçirilib. Burada mühasibat uçotunun konsepsiyaları və maliyyə məlumatının keyfiyyət göstəriciləri, mühasibat bərabərliyi, o cümlədən ikili qeydiyyat barədə məlumat verilib. Seminarda 15 nəfər iştirak edib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.