Xaçmaz rayonunda aprel döyüşləri şəhidinin xatirəsi yad edilib. Bu barədə ShimalNews 14 iyun tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinin Facebook səhifəsinə istinadən məlumat verir.

Qalağan, Hacılar kənd kitabxana filiallarının əməkdaşları şəhid Elvin Qayıbovun məzarını ziyarət ediblər. İştirakçılar məzarın önünə tər güllər düzüblər və ruhuna dualar oxuyublar. Daha sonra əməkdaşlar şəhidin ailəsi ilə görüşüblər.

Qayıbov ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.