Qusar Dövlət Ləzgi Dram Teatrında “Adət” adlı tamaşanın premyerası keçiriləcək. Bu barədə ShimalNews 14 iyun tarixində teatrın səhifəsinə istinadən məlumat verir.
Tamaşa görkəmli türk yazar Turqut Özakmanın eyniadlı pyesi əsasında qoyulub. Əsər iki ailə arasında uzun illər boyu baş verən və yaşanan qan davasının törətdiyi amansız hadisələrin acı nəticəsindən və bu qanlı intiqam hissindən qurtula bilməyən insanları necə bir aqibət gözlədiyindən bəhs edir.
Tezliklə nümayiş olunacaq tamaşanın quruluşçu rejissoru Respublikanın Əməkdar artisti Xəzər Gəncəlidir.