Qusarın komandası “Sərhəd” hərbi-idman oyunlarının qalibi olub. Bu barədə ShimalNews 13 iyun tarixində Azərtac-a istinadən məlumat verir.
Ümumilikdə üç mərhələdə keçirilmiş yarışlarda 36 sərhədyanı və digər rayonların 181 məktəbinin 905 şagirdi iştirak edib.
Komandalar “Sərhəd pozucusunun yaхalanması və onun təxliyə edilməsi”, “Ləpirçilik”, “Sərhəd naryadı tərəfindən nəqliyyat vasitəsinə baхışın keçirilməsi”, “Maskalanma”, “Yaralanmış sərhəd naryadına ilkin tibbi yardımın göstərilməsi və onun təxliyə olunması”, “Avtomatın sökülməsi və yığılması”, “Tüfəngdən hədəfə atəş açmaq” və “Sıra hazırlığı” üzrə bilik və bacarıqlarını nümayiş еtdiriblər.
Final mərhələsinin yekunlarına görə:
- Qusar rayonunun Yuxarı Zeyxur kənd tam orta məktəbinin “Zeyxur” komandası birinci,
- Cəlilabad rayonunun Ləkin kənd tam orta məktəbinin “Ləkin” komandası ikinci,
- Qax rayonunun Zəyəm kənd tam orta məktəbinin “Zəfər” komandası isə üçüncü yeri tutublar.
Tədbirdə qaliblər kubok, medal, diplom və qiymətli hədiyyələrlə, eyni zamanda, oyunlarda fəal iştirak etmiş komandalar isə həvəsləndirici hədiyyələrlə mükafatlandırılıblar.