Quba şəhərində qəzalı vəziyyətdə olan elektrik qutuları dəyişdirilib. Bu barədə ShimalNews-a 13 iyun tarixində məlumat daxil olub.
Təmir işləri M.Qorki küçəsində icra olunub. İşıq dirəyinə bərkidilmiş 2 ədəd elektrik qutuları yenisi ilə əvəz olunub.
Daha öncə, sözügedən qutularda naqillərin açıq vəziyyətdə qalması haqda məlumat vermişdik.