Qubada tələbələr yeni ixtisas seçə bilər

11 İyun 2022, 9:58

Foto Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı

ADPU-nun filialında 9 ixtisas təsdiqlənib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında yeni fakültə yaradılıb. Bu barədə ShimalNews 11 iyun tarixində agentliyə istinadən məlumat verir.

Filialın 2022/2023-cü tədris ili üçün ingilis dili üzrə “Xarici dil müəllimliyi” ixtisası açılıb. Həmçinin 9 ixtisas üzrə (Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, Riyaziyyat və İnformatika müəllimliyi, Tarix müəllimliyi, Coğrafiya müəllimliyi, Xarici dil müəllimliyi (ingilis dili üzrə), İbtidai sinif müəllimliyi, Məktəbəqədər təhsil, Sosial iş, Təhsildə sosial psixoloji xidmət) 320 tələbə sifarişi təsdiq edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.