Xaçmazlı idmançı atletika üzrə Respublika üçüncüsü adına layiq görülüb

10 İyun 2022, 10:18

Foto Xaçmaz Rayon Gənclər və İdman İdarəsi FB

Xaçmazlı idmançı atletika üzrə Azərbaycan birinciliyində yüksək nəticə göstərib. Bu barədə ShimalNews 10 iyun tarixində Rayon Gənclər və İdman İdarəsinin Facebook səhifəsinə istinadən məlumat verir.

Turnir Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilib. Yarışda atletlər 100, 200, 400, 800, 1500 və 3000 metr məsafələrə qaçış, 4×200 metr məsafədə estafet qaçışı, uzunluğa, hündürlüyə və üçtəkanla tullanma, eləcə də nüvəitələmə, lövhəatma və nizəatma yarışlarında qüvvələrini sınayıblar.

Sadiyeva Elnarə yüksək nəticə göstərərək nüvəitələmə üzrə Respublika üçüncüsü adına layiq görülüb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.