Xaçmaz rayonunda fermerin bağlarına baxış keçirilib. Bu barədə ShimalNews 10 iyun tarixində Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun Xaçmaz Təcrübə Stansiyasının Facebook səhifəsinə istinadən məlumat verir.
Adiçəkilən idarənin elmi işçiləri fermer Fuad Əlikişiyevin müraciətinə əsasən onun badam və şaftalı bağlarında müşahidə aparıblar. Yoxlama zamanı əməkdaşlar ağaclarda aşkar olunan zərərvericilərə (şaftalı mənənəsi, şərq meyvəyeyəni) qarşı aparılacaq mübarizə tədbirləri haqqında fermeri təlimatlandırıblar.