Xaçmaz: Tarix-Diyarşünaslıq muzeyi məktəbdə tarix dərsi təşkil edib

10 İyun 2022, 14:10

Foto Xaçmaz Regional Mədəniyyət İdarəsi FB

Dərs 4 nömrəli tam orta məktəbdə baş tutub

Xaçmaz şəhər 4 nömrəli tam orta məktəbdə “Albaniya dövləti” adlı tarixi dərs keçirilib. Bu barədə ShimalNews 10 iyun tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinin Facebook səhifəsinə istinadən məlumat verir.

Dərs Tarix-Diyarşünaslıq muzeyi tərəfindən məktəbin 6-ci sinif şagirdləri üçün təşkil olunub. Dərsdə muzeyin elmi işçisi Xumar Əsədova mövzu ilə bağlı məruzə oxuyub, şagirdlərlə fikir mübadiləsi aparıb. Sonda mövzuya aid fotoşəkillər nümayiş olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.