Milli Qurtuluş gününə həsr olunmuş sərgi keçirilib
Xaçmaz rayon Mərkəzi kitabxanasında (MKS) Milli Qurtuluş gününə həsr olunmuş tədbir baş tutub. Bu barədə ShimalNews 10 iyun tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinə istinadən məlumat verir.
Bu gün keçirilən tədbiri giriş sözü ilə MKS-in direktor əvəzi B.Məmmədov açıb. O bildirib ki, 15 iyun Azərbaycanın və onun hər bir vətəndaşının yaddaşında həkk olunan tarixi gündür. Xalqımız tamamilə yeni bir tarixin yazıldığı və yaşandığının şahidi olub.
Daha sonra məktəblilər Azərbaycana və Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyiblər. Sonda Azərbaycanın Milli Qurtuluş gününə həsr olunmuş sərgi baş tutub.