Qusarda “Şuşa ili” çərçivəsində genişmiqyaslı tədbir təşkil olunub

10 İyun 2022, 14:45

Foto Xaçmaz Regional Mədəniyyət İdarəsi FB

Tədbir Hil kənd kitabxanasında keçirilib

Qusarın Hil kənd kitabxanasında “Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir” adlı genişmiqyaslı tədbir baş tutub. Bu barədə ShimalNews 10 iyun tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinin Facebook səhifəsinə istinadən məlumat verir.

“Şuşa ili” çərçivəsində keçirilən tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, məktəbin müəllim və şagird kollektivi, mədəniyyət işçiləri, kitabxanaçılar, fəal oxucular və kənd ictimaiyyəti iştirak ediblər. İştirakçılar kitabxana işçilərinin Şuşa və Qarabağa aid əl işlərindən ibarət geniş və əhatəli sərgi ilə tanış olublar.

Tədbirin rəsmi hissəsində çıxış edənlər 44 günlük Vətən müharibəsində qazanılan qələbədən danışıblar. Daha sonra tədbir kitabxanaçılarının, fəal oxucuların və mədəniyyət işçilərinin iştirakı ilə ədəbi-bədii kompozisiya ilə davam edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.