Qusarda insan hüquqlarının qorunmasına dair görüş keçirilib

10 İyun 2022, 9:52

Foto Azərtac

İştirakçılara maarifləndirici ədəbiyyat paylanılıb

Qusar rayonunda “İnsan hüquq və azadlıqlarına hörmət hüquqi, mənəvi borcumuzdur” adlı tədbir keçirilib. Bu barədə ShimalNews 10 iyun tarixində Azərtac-a istinadən məlumat verir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Dövlət Təhlükəsizlik Xidmətinin rayon şöbəsi, rayon icra hakimiyyəti, İnsan Hüquqları üzrə müvəkkilin Quba regional mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə təşkilatçı qurumların rəhbərləri, əməkdaşları, rayonda yaşayan gənclər, ağsaqqallar və din xadimləri iştirak ediblər. Çıxışlar zamanı qeyd olunub ki, Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması ən yüksək səviyyədə dövlət tərəfindən təmin olunur.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, maarifləndirici ədəbiyyat paylanılıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.