Qusarda Heydər Əliyev Mərkəzinin yubileyi qeyd olunub

10 İyun 2022, 16:31

Foto Qusar rayon Heydər Əliyev Mərkəzi FB

Mərkəz 10 il öncə yaradılıb

Bu gün Qusar rayon Heydər Əliyev Mərkəzinin yaranmasının 10 illiyi qeyd olunub. Bu haqda ShimalNews 10 iyun tarixində məlumat verir.

Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Sonra isə mərkəzin muzey bölməsində təşkil olunmuş “Heydər Əliyev və qusarlılar” eksponat kataloqu ilə tanış olublar.

Mərkəzin direktoru Neva Abdurahmanova, RİHB-nin müavini Elman Mustafayev, millət vəkili Azər Badamov və digər qonaqlar öz çıxışlarında bu 10 il ərzində görülən işləri yüksək dəyərləndiriblər.

Qusar rayon Heydər Əliyev Mərkəzi Xaçmaz Regional Mədəniyyət İdarəsi, YAP Qusar rayon təşkilatı tərəfindən Fəxri Fərman və Diplomla təltif olunub. Mərkəzin direktoru Neva Abdurahmanovaya Qarabağ Müharibəsi Əlilləri-Veteranları və Şəhid ailələri İctimai Birliyinin Qusar filialının sədri Canəli Hörmətov tərəfindən “Vətənpərvərlik işində xidmətlərinə görə” medalı verildi.

Tədbir Heydər Əliyevin sevdiyi mahnılardan ibarət konsert və təbrik çıxışları ilə yekunlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.