Onların sualları cavablandırılıb
Qusar rayon İmamqulukənd kənd tam orta məktəbinin şagirdləri Qadın Resurs Mərkəzinin qonaqları olublar. Bu barədə ShimalNews 10 iyun tarixində Qusar Rayonu Qadın Resurs Mərkəzinə istinadən məlumat verir.
Görüşdə mərkəzin koordinatoru və hüquqşünası, məktəbin müəllimi və şagirdləri iştirak ediblər. Burada “Gender bərabərliyi”, “Təhsildən yayınma halları”, “Erkən nikah” mövzuları üzrə çıxışlar olub, müzakirələr aparılıb.
Daha sonra qızların təhsil almalarının önəmi və erkən nikahın fəsadları haqqında hüquqşünas tərəfindən məlumat verilib. Eləcə də iştirakçılara Qadın Resurs Mərkəzinin fəaliyyəti haqqında məlumat verilib və qızlar təşkilatın üzvü olmağa dəvət olunublar.