Quba-Xaçmaz: ibtidai sinif müəllimləri test imtahanlarına cəlb olunacaq

10 İyun 2022, 11:45

Foto Azərtac

Təlimlər baş tutacaq

Quba-Xaçmaz Regional Təhsil idarəsinə tabe olan, həmçinin Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimləri test imtahanlarına cəlb ediləcək. Bu barədə ShimalNews 10 iyun tarixində Azərtac-a istinadən məlumat verir.

Təhsil İnstitutunun İnsan resursları mərkəzinin direktoru Nurlan İsmayılbəyli media nümayəndələri ilə görüşdə məlumatlarla bölüşüb. Beləliklə, iyul ayında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsil verənlərin sertifikatlaşması ilə bağlı qeydiyyat prosesinə start veriləcək. Avqust ayında isə test imtahanı mərhələsi təşkil olunacaq.

Ümumilikdə bu prosesin ilkin olaraq 10.000-dən çox müəllimin cəlb edilməsi nəzərdə tutulub. Məqsəd isə təhsil verənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılmasıdır. Eləcə də onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir.

Üzrlü səbəblərdən sertifikatlaşmada iştirak etməyən və ya sertifikasiya üçün tələb olunan minimum balı toplamayan şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar bu prosesi keçmək hüququna malik olacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.