Bakı-Quba yolunda aparılan təmir sürücülərə çətinliklər yaşadır

10 İyun 2022, 18:04

Photo Shimal.News

Bakı-Quba yolunda təmir sürücülər üçün bəzi çətinliklər yaradır. Bu haqda ShimalNews-a 10 iyun tarixində məlumat daxil olub.

Bakı şəhəri istiqamətində nəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb. Bir istiqamət üzrə hərəkəti nəzərdə tutulan yolda 2 tərəfli hərəkət təmin edilib. Bunun üçün isə düz xətlə (qırıq-qırıq yoxdur) nişanlanma çəkilib.

Sürücülər bildirirlər ki, qarşıda yük avtomobili, yaxud həddindən aşağı sürətlə hərəkət edən avtomobil olsa, sıxıntı yaranır: “Ötmə əməliyyatını həyata keçirmək olmaz. Əks təqdirdə cərimə tətbiq olunur. Təbii ki, bu cür narahatlıq bölgəyə istirahətə gəlmək istəyənləri fikirlərindən daşındıracaq. Ən azı ötmək üçün qırıq-qırıq xətlər nəzərə alınmalı idi”.

Daha öncə Milli Məclisin deputatı Vahid Əhmədov təmir işlərinin bir-iki aya başa çatacağını bildirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.