Xudatın Nizami Gəncəvi adına parkı yenidən qurulur

9 İyun 2022, 11:14

Foto Azərtac

Görülən işlər haqqında məlumat mətndə

Xudat şəhərində yerləşən Nizami Gəncəvi parkında yenidənqurma işləri aparılır. Bu barədə ShimalNews 9 iyun tarixində Azərtac-a istinadən məlumat verir.

Parkda dahi şair Nizami Gəncəvinin heykəli ucaldılacaq, abidənin ətrafı milli memarlıq üslubunda abadlaşdırılacaq. Eyni zamanda, ərazisi 2 hektara yaxın sahənin 2.500 kv.m-də tamet daşlarla yer örtüyü salınacaq, yaşıllıqlar və gül kolları əkiləcək. Həmçinin yeni oturacaqlar, fəvvarə və müasir işıqlandırma sistemi quraşdırılacaq. İstirahət məkanı elektron kitabxana, müxtəlif idman qurğuları və uşaqlar üçün attraksionlarla təmin olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.