Xaçmaz: icra başçısı Çaykənarı kənd sakinləri ilə görüşüb

9 İyun 2022, 18:15

Foto Xaçmaz RİH

Görüşdə vətəndaşların müraciətləri dinlənilib

Xaçmazın icra başçısı Elnur Rzayev Çaykənarı kənd sakinlərini qəbul edib. Bu barədə ShimalNews 9 iyun tarixində Rayon İcra Hakimiyyətinin Facebook səhifəsinə istinadən məlumat verir.

Səyyar qəbulda təhsil, səhiyyə, mədəniyyət və digər xidmət təşkilatlarının məsul şəxsləri, eləcə də yerli sakinlər iştirak ediblər. Görüşdə vətəndaşların müraciət və təklifləri dinlənilib. Sakinlər kəndlərarası yolun təmiri, elektrik təsərrüfatının yenilənməsi, rabitə, internet, məktəb və bağça binasının təmiri ilə bağlı müraciət ediblər. Müraciətlərin bir çoxunda səsləndirilən məsələlər yerindəcə həll edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.