Xaçmaz: fermerlərə pomidorun zərərvericilərdən qorunması izah edilib

9 İyun 2022, 15:20

Foto Aqrar Xidmətlər Agentliyi FB

Həmçinin “Vətən” adlı pomidor sortuna baxış keçirilib

Xaçmazda “Pomidor bitkisinin əsas xəstəlik və zərərvericiləri” mövzusunda təlim keçirilib. Bu barədə ShimalNews 9 iyun tarixində Aqrar Xidmətlər Agentliyinə istinadən məlumat verir.

Tədbir Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzinin mütəxəssisləri tərəfindən həyata keçirilib. Onlar pomidor bitkisinin məhsuldarlığına və məhsulun keyfiyyətinə təsir edən əsas xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərinin vaxtında həyata keçirilməsi barədə iştirakçılara məlumat veriblər.

Fermerlərə pomidor əkinlərində inteqrir mübarizənin elementləri izah edilib. Daha sonra, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun (Publik hüquqi şəxs) sort sınaq məntəqəsinin sahəsində əkilmiş “Vətən” adlı pomidor sortuna baxış keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.