Xaçmaz cüdo məktəbinin yetirməsi Avropa çempionatında yüksək nailiyyət qazanıb. Bu barədə ShimalNews 9 iyun tarixində Rayon Gənclər və İdman İdarəsinin Facebook səhifəsinə istinadən məlumat verir.

Veteran cüdoçular arasında keçirilən AVRO-2022 çempionatı Yunanıstanın Heraklion şəhərində təşkil olunub. Anar Yusifli turnirdə uğurla çıxış edərək bürünc medala layiq görülüb.

Daha öncə Qusarlı çüdoçunun adıçəkilən çempionatda qızıl medala sahib olması haqda məlumat vermişdik.