Şimalda narkomanlığa qarşı mübarizə mövzusu gənclərlə müzakirə olunub

9 İyun 2022, 11:32

Foto Azərtac

Şimal bölgəsində “Gənclər və narkomanlığa qarşı mübarizədə maarifləndirmə işinin təşkili” mövzusunda təlimlər keçirilib. Bu barədə ShimalNews 9 iyun tarixində Azərtac-a istinadən məlumat verir.

Maarifləndirici təlimlər Quba, Qusar, Şabran, Xaçmaz, Siyəzən və Xızı gəncləri üçün təşkil edilib.

Təlimlər zamanı gənclərə narkomaniyanın zərərləri, narkomaniya ilə mübarizə, həmçinin zərərli vərdişləri olan insanlara dəstək göstərmək və kömək etməyin yollarından danışılıb. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.